ABŞ-nin yüksək səviyyəli simaları, o cümlədən ölkənin keçmiş birinci xanımı Mişel Obama ilə yaxınlığı ilə tanınan prodüsser Brent Sikkemanın ölümündən sonra ortaya çıxan faktlar heyrət doğurub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, incəsənət dünyası yanvarın 15-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki evində bıçaqlanaraq öldürülən prodüsser Brent Sikkemadan danışır.
Belə ki, ölümündən sonra ABŞ-nin ən zəngin isimləri ilə yaxşı münasibətdə olan 75 yaşlı Sikkemanın gizli həyatı üzə çıxıb.
“New York Post” qəzeti Sikkemanın qeyri-ənənəvi həyat sürdüyünü yazıb. Braziliya səlahiyyətlilərinin Sikkemanın ölümü ilə bağlı araşdırma başlatdığını yazan qəzet iddia edib ki, məşhur prodüsser son vaxtlar həyat yoldaşı ilə də yola getmirmiş və tərəflər boşanma ərəfəsində imiş.
Sikkemanı isə əvvəllər cangüdəni işləmiş 30 yaşlı Alejandro Triana Prevez tərəfindən qətlə yetirildiyi güman edilir. Onların arasında sevgi münasibətlərinin olduğunu iddia edən mənbələr qətldə bu faktorun da rol oynadığını ehtimal edir.
Sikkemanın dostları isə onun ölümündən və gizli həyatından şoka düşdüklərini bildiriblər.
Vəli Həsənov,
KONKRET.az