“1991-1992-ci illərdə Azərbaycanın 6 rayonunun ələ keçirilməsi və 700 min yerli sakinin qovulması ilə müşayiət olunan zəfərli müharibədən sonra səhra komandirləri, Qarabağ klanı ölkədə həlledici təsir gücünə malik oldular”.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı siyasətçi Oleq Şein bildirib.
O daha sonra vurğulayıb ki, prezident Levon Ter Petrosyan “bufer zona”nın işğal olunmuş ərazilərinin Azərbaycana qaytarılması və Qarabağın geniş muxtariyyət şərtləri ilə Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı rasional plan elan edəndən sonra vəzifəsini itirib.
“Sonra Ermənistana yalnız Qarabağdan olan qruplar nəzarət etməyə başladı. Bütün bunlar yoxsulluq, narazıların təqibi, İrəvanda nümayişin gülləbaran edilməsi ilə müşayiət olundu və 2018-ci il inqilabına səbəb oldu. Bütövlükdə erməni xalqı öz seçimini etdi və 2020-ci ildə məğlubiyyətdən sonra ikinci dəfə müharibə partiyasının əleyhinə səs verdi. Paşinyan üçün yox, sərkərdələrə və onların münaqişə mənbəyi kimi ölkəyə münasibətinə qarşı. Bəli, dünən bir neçə saat ərzində İrəvan Rusiyanın Azərbaycanı işğal etməsini, Ermənistanın Azərbaycana müharibə elan etməsini tələb edən nümayişçilərlə dolu idi. Paşinyanın özünə inam böhranı var. Bəs rasional həll yolu nədir? Müharibə?”.
Rəsmiyyə Şərifova,
KONKRET.az