Olimpiada qarşıdurma rəmzinə çevrilib: Rusiya məhz qış aylarında Ukraynaya hücum edə bilərbackend

Olimpiada qarşıdurma rəmzinə çevrilib: Rusiya məhz qış aylarında Ukraynaya hücum edə bilər

“Yaponiyanın İkinci Dünya Müharibəsində ağır məğlubiyyətindən sonra bu ölkədə Amerikanın diqtəsi ilə ilə qəbul olunan yeni Konstitusiyada ada dövlətinə böyük ordu saxlamaq qadağan edilirdi. Ancaq illər keçdikcə bölgədə vəziyyət dəyişib, risqlər artıb. Ona görə də Amerikanın özü belə Yaponiyaya məsləhət görüb ki, hərbi gücünü artırsın. Çünki, İkinci Dünya Müharibəsindən sonra Amerikanın müttəfiqinə çevrilən Yaponiya çoxdan bölgə üçün təhlükə deyil. Təhlükə Çin istiqamətindən gəlir. Vaşinqton və Tokio ortaq təhlükəyə qarşı birgə hərəkət etmək məcburiyyətindədirlər.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib. O bildirib ki, Yaponiya hökuməti 2022-ci maliyyə ilində müdafiə xərcləri üçün rekord həddə, 5,40 trilyon yen (təqribən 47 milyard dollar) vəsait ayrılması barədə büdcə layihəsini bəyənib: “ABŞ hərbi bazalarının saxlanması xərcləri də daxil olmaqla, büdcə layihəsi əvvəlki illə müqayisədə 1,1 faiz artacaq. Büdcə layihəsinin əsasən, Şimali Koreyanın nüvə və raket zərbələrinin qarşısının alınması üçün sərf olunacağı qeyd edilib. Beləliklə, Yaponiya tədricən hərbi gücünü artırır. Bu ABŞ-la yanaşı, qonşu Avstraliya və Hindistan üçün də vacibdir. Çünki bu ölkələr Çinin artan hərbi qüdrətinə qarşı birgə mübarizə aparmağa qərar veriblər. Bu arada ABŞ, Böyük Britaniya və Avstraliyanın ardınca Yaponiya da “Pekin-2022” Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarını açıqlayıb. Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən, 20-dək Pekində keçiriləcək. Tokio bu məsələ ətrafında tələsik qərar vermədi, düşünüb-daşınandan sonra müttəfiqlərinin qərarına qoşuldu. Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu hökuməti təmsil etmək üçün “Pekin-2022” Qış Olimpiya Oyunlarına heç bir kabinet üzvünün göndərilməyəcəyini bildirib. Matsuno diplomatik boykot edib-etmədikləri ilə bağlı suala, “biz necə iştirak etdiyimizi təsvir etmək üçün xüsusi bir termin və ya ifadə işlətmirik” deyə cavab verib”.

Elxan Şahinoğlu — Vikipediya

Elxan Şahinoğlu əlavə edib ki, Pekin qış olimpiadası siyasətdən yan keçə bilmədi: “Rusiya prezidenti Vladimir Putin Pekin qış olimpiadasının açılışında şəxsən iştirak edəcəyini vurğulayıb. O rəsmi mərasimə qatılmayanları tənqid edib. Olimpiada dönəmində müharibələrə ara verilməlidir. Ancaq elə həmin Pekində 2008-ci ilin yay olimpiadasında Rusiya Gürcüstana hərbi müdaxilə etmişdi. Döyüşlər bir neçə gün davam etmiş, itkilər qeydə alınmışdı. Bəzi ekspertlərin fikrincə, qış olimpiadası zamanı da fövqəladə hadisə gözləmək mümkündür. Təsadüfi deyil ki, həmin ekspertlərin fikrincə, Rusiya məhz qış aylarında Ukraynaya müdaxilə edə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*