Oliqarx Vaqif Məmişov Ukraynanın işğal altındakı ərazilərinə yardım yolladı – BÖYÜK SKANDALbackend

Oliqarx Vaqif Məmişov Ukraynanın işğal altındakı ərazilərinə yardım yolladı - BÖYÜK SKANDAL

Rusiyanın işğal etdiyi Donetsk şəhərinə Azərbaycan əsilli oliqarx Vaqif Məmişov tərəfindən humanitar yardım göndərilməsi böyük qalmaqala səbəb olub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Sankt-Peterburq və Leninqrad vilayətlərində Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri olan Məmişov avqustun 12-dən 18-dək işğal altındakı əraziyə 2,5 tondan artıq ərzaq və içməli su göndərib. Bu aksiya Rusiya hakimiyyətinə yaxınlığı ilə tanınan “Leninqrad könüllüsü” adlı hərəkatla birgə həyata keçirilib.

Humanitar yük muxtariyyətin icraçı direktoru Rəşad Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Donetskdakı əhaliyə paylanıb. Onlar yerli sakinlərə 500 ərzaq payı, iki min şüşə içməli su çatdırıblar. Bundan əlavə, Rusiyanın tərəfində Ukraynaya qarşı vuruşan “Şir” adlı hərbi dəstəyə “simvolik jest” olaraq şəkərbura və paxlava göndərilib.

Rusiya mediası yazır ki, Məmişovun rəhbərlik etdiyi təşkilat artıq üç ildir Donbasda bu cür “humanitar aksiyalar” həyata keçirir. Oliqarx bu addımı belə əsaslandırıb: “Xeyirxahlıq hamının başa düşdüyü dildir. Bu aksiyalar göstərir ki, Azərbaycan və Rusiya xalqları çətin vaxtlarda bir yerdədir.” Onun sözlərinə görə, bu missiyalar Sankt-Peterburq və Leninqrad vilayətinin qubernatorları Aleksandr Beqlov və Aleksandr Drozdenkonun dəstəyi ilə reallaşdırılır.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və Kiyevə humanitar yardımlar göndərib. Azərbaycan hökumətinin siyasəti Ukraynanın suverenliyinin birmənalı müdafiəsinə əsaslanır. Məhz bu səbəbdən Məmişovun Donetskdakı hərbi bölmələrə və əhaliyə yardım yollaması Azərbaycan dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir və böyük qalmaqal doğurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*