Ölkədə koronavirusla bağlı son vəziyyət necədir? – TƏBİB açıqladıbackend

Ölkədə koronavirusla bağlı son vəziyyət necədir? – TƏBİB açıqladı

Azərbaycanda koronavirusla bağlı 17 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 5153 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 836 min 908-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 202, süni tənəffüs cihazında olan xəstə sayı 31 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 min 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 42 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib. Aktiv xəstə sayı 1793 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*