“İndiki hakimiyyət Ermənistanı elə vəziyyətə gətirib ki, antiböhran proqramı olmadan problemləri həll etmək, ölkəni bu zülmətdən çıxarmaq mümkün olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Vahan Babayan bildirib. Onun sözlərinə görə, “hakimiyyət dəyişikliyindən sonra ən azı onillik inkişaf planı, davamlı şəkildə həyata keçirilməsi lazım olan doktrina işə salınmalıdır. Çünki gələcək nəsillərə təhlükəsiz və inkişaf etmiş Ermənistanda yaşaya bilmək imkanı yaratmalıyıq”.
Babayan vurğulayıb ki, “Hər bir yaxşı proqramın əvvəlcə icraçıları, rəhbərləri, menecerləri, sıravi işçiləri və əziyyət çəkən peşəkarları olmalıdır. Lakin ən vacibi o proqramın başa düşüləcəyi uyğun mühit olmalıdır. Bu bölünmüş mühitdə hər hansı ciddi proqramı, yeni gündəmi, strategiyanı və irəliləyişi həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Çünki bütün bunlara kapitulyasiya rejimi səbəb olub”.
Sevinc Paşayeva,
KONKRET.az