Ölkənin ən yaşlı tələbəsi odur – FOTObackend

Ölkənin ən yaşlı tələbəsi odur - FOTO

Azərbaycanda ən yaşlı tələbə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan 73 yaşlı Musa Mahmudovdur.

KONKRET.az xəbər verir ki, o, təhsil müəssisəsində arıçılıq ixtisası üzrə təhsil alır.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri zamanı M. Mahmudovla görüşüb və ona təhsil həyatında uğurlar arzulayıb.

Qeyd edək ki,  M. Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. O, 2004-cü ildən arıçılıqla məşğuldur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*