“Ölülər danışmağa başladı” – Qəbirdən dirilmək istəyənlərbackend

“Ölülər danışmağa başladı” – Qəbirdən dirilmək istəyənlər

Ötən ay antiterror əməliyyatından sonra özünü buraxan qondarma “Dağlıq Qarabağ respublikası” tarixin arxivinə verildi. İllərdir Azərbaycan ərazilərində separatçılıq fəaliyyəti ilə məşğul olan qanunsuz rejimin “siyasi liderləri” artıq Bakıda həbsdədirlər və yaxın vaxtlarda ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Separatçı dəstənin digər üzvləri isə qaçaraq canlarını güclə qurtara biliblər.

KONKRET.az xəbər verir ki, özünü buraxdığını elan edən qondarma rejimin 10 günlük “prezidenti” Samvel Şahramanyan isə son günlər fəallaşıb və İrəvanda müxtəlif bəyanatlar səsləndirir. Üstəlik erməni məkrinə uyğun addımlar atan Qarabağın üzdəniraq “hakimiyyət orqanları” yeni-yeni bəyanatlar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar.

Saxta “prezident”in fərmanıyla özünü buraxan “Artsax respublikası” olmasa da, sən demə onun “xarici işlər nazirliyi” hələ də fəaliyyət göstərirmiş. Avropa Parlamentinə ünvanlanan bəyanatda “Atsaxa” dəstək göstərdiklərinə görə onlara minnətdarlığını bildirən “Xarici İşlər Nazirliyi”  Azərbaycanı  ittiham etməyi də yaddan çıxartmayıb.

Qarabağı birdəfəlik tərk edən bu adamlar xəyallarında yaşatdıqları qondarma qurumu diriltmək üçün çirkin oyunlara əl atırlar. Qarabağdakı erməni əhalisini güclə Ermənistana köçürən separatçılar bununla Azərbaycanı etnik təmizləmədə ittiham etmək üçün əllərinə imkan düşdüyünü düşünürlər. Amma unudurlar ki, qəbrə qoyulan ölünün dirilməsi nə qədər realdırsa, Qarabağın yenidən erməniləşməsi də o qədər realdır. Amma bununla belə, Qərbin çaldığına oynayan Ermənistan ərazisində separatçı qüvvələr bəsləyir və onlara siyasi dəstək verir. Digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən düşmən ölkə yeni münaqişənin başlamasında maraqlıdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*