Maliyyəçi Jeffrey Epsteinin həbsxanada vəfatından sonra çəkildiyi bildirilən fotoları yayımlanıb.
KONKRET.az xəbər verir ki, kadrlarda onun təcili tibbi yardım avtomobilində həkimlər tərəfindən reanimasiyaya cəlb edilməsinə cəhd göstərildiyi əks olunur.
Bildirilir ki, rəsmi istintaq orqanları Epşteynin ölümü ilə bağlı əvvəl açıqlanmış nəticələri bir daha təsdiqləyiblər. Eyni zamanda, KİV-lər qeyd edir ki, yayılan materiallar cəmiyyətdə bu iş ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Qeyd edək ki, məsələ ilə bağlı ABŞ hakimiyyətinin mövqeyi dəyişməz qalır və ölüm faktı üzrə istintaqın rəsmi nəticələri əsas götürülür.

Natiq Səlim,
KONKRET.az
