Omanda İran və ABŞ arasında danışıqların dördüncü raundu başa çatdıbackend

Omanda İran və ABŞ arasında danışıqların dördüncü raundu başa çatdı

İranla ABŞ arasında İranın nüvə proqramı ilə bağlı aparılan dolaylı danışıqların dördüncü raundu Omanda yekunlaşıb. Bu barədə ISNA agentliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi müzakirələri “çətin, lakin faydalı” kimi dəyərləndirib. Danışıqların təfərrüatları açıqlanmasa da, tərəflərin diplomatik kanallar vasitəsilə qarşılıqlı anlayışa gəlməyə çalışdığı vurğulanıb.

Qeyd edək ki, İran və ABŞ arasında birbaşa danışıqlar aparılmasa da, vasitəçilər üzərindən Omanda bir neçə raund davam edən danışıqlar son illərdə iki ölkə arasında gərgin münasibətləri yumşaltmaq üçün cəhdlərdən biri sayılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*