Ombudsman həbsxanada Əli Əliyevlə görüşdübackend

Ombudsman həbsxanada Əli Əliyevlə görüşdü

Fevralın 19-da İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva həbs edilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Bakupost.az-a Bumerang TV-nin rəhbəri Elçin Rəhimov məlumat verib.

O qeyd edib ki, görüşlə bağlı Ombudsman Aparatı məlumat yaymasa da, VİP partiyasına zəng edərək bildiriblər.

Həmçinin, S. Əliyevanın təşəbbüsü ilə partiya sədrinin həyat yoldaşı da dünən Ə. Əliyevlə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*