Ombudsmandan ÇAĞIRIŞbackend

Ombudsmandan ÇAĞIRIŞ

“Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin düşərək, uzun illər humanitar fəlakətlə üzləşmiş, qaçqın və məcburi köçkün həyatı yaşayıb”.

KONKRET.az-ın məlumatına görə, bu Ombudsman Aparatından 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı paylaşımında qeyd olunub.

Bildirilib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə yerləşdirilmiş minalar onların aşkarlanması və zərəsizləşdirilməsi sahəsində çalışan şəxslərin həyatını hər an təhlükədə saxlamaqla yanaşı, həmin ərazilərə səfər edən şəxslər və mülki əhali üçün humanitar fəlakət olaraq qalmaqdadır:

“Biz dünyada baş verən humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün çalışan hər kəsə öz ehtiramımızı bildirir və bu yolda həyatını itirmiş insanların xatirəsini hörmətlə yad edir, beynəlxalq ictimaiyyəti təhlükəsiz və daha yaxşı dünyanın qurulmasına dəstək verməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*