On il əvvəl qəbiristanlıqda qətl tərədən şəxsə cəza verildibackend

On il əvvəl qəbiristanlıqda qətl tərədən şəxsə cəza verildi

Şəki Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Cavid Seyidovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət və protest qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü qismən təqsirləndirilən şəxsin CM-in 307.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmaması hissəsində ləğv olunub. İş üzrə həmin hissədə yeni qərar qəbul edilib. Cavid Seyidov CM-in 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmamasına və CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının CM-in 307.1-ci maddəsi üzrə ittihamdan imtinası qəbul edilib və CM-in 307.1-ci maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilib.

İttihama görə, hadisə 26 sentyabr 2012-ci ildə, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, o, Rauf Qarayevi öldürüb, onun atası Eldarı isə yaralamaqda təqsirləndirilib. Hadisədən illər sonra Cavid saxlanılıb.

Daxili İşlər Nazirliyinin 2012-ci ildə yaydığı rəsmi məlumata görə, bu iş üzrə Mehman Əmrahov, Xəyal Fərzanlı və Qasım Qasımov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Cavid Seyidov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan təqsirləndirilən şəxs, onun müdafiəçisi apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti verib./pravdaaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*