Məktəb, universitet, iş və s. yerlərdə fərqli düşünən insanlar olur. Bu, həmin insanlarda sonradan yox, elə doğuşdan yaranır.
KONKRET.az xəbər verir ki, astroloqlar belə insanları inqilabçı adlandırır. Belə ki, sözügedən xüsusiyyət özünü ən çox bu 3 bürcdə biruzə verir:
Qoç
Marsın himayəsində olan bürcdə döyüşçü ruhu var. İstədiyində inadkar olsa və tərəddüd etməsə, planet onu nailiyyətə yaxınlaşdıracaq. Təbiətcə inqilabçıdırlar. Əgər kiminsə haqqı tapdansa, var gücü ilə buna mane olmağa çalışacaq. Öz maraqları uğrunda nadir hallarda mübarizə aparır. Çünki bu mübarizə genişmiqyaslı mahiyyət daşıyır və ətrafına həmfikir toplamağı bacarırlar.
Oxatan
Fəlsəfi düşünən bürc demaqoqluğa yaxındır. Yalan və hiyləgər qurğulara nifrət edirlər. Bic və yalançı insanları görən kimi tanıyırlar. Konflikti birinci başlayırlar və əgər öz ideyalarından əmindirlərsə, onlarla mübahisə etməyə dəyməz. İdeyası absurd olsa da, əksini isbatlamağa çalışmayın, yoxsa sizə müharibə elan etmiş olacaq. Özünüz də bilmədən məğlub olacaqsınız.
Dolça
Kosmopolitdir, ideyalarını gələcəkdə reallaşdırmağın tərəfdarıdır. Şəxsi unikallığına inandığı üçün qadağaları sevmir. Qeybət və intriqalı söz-söhbətdən zəhləsi gedir. Mübahisədə öz dediyinizlə razı salmaq çətindir. İctimai qınaqla da hesablaşmaq dolçalıq deyil. Çünki öz mövqeyinin həqiqiliyinə arxayındır.
Qeyd olunan informasiya bəzi astroloqların fikridir. Çünki yazının fotosundakı Ernesto Çe Qevara əkizlər bürcüdür.
Rəsmiyyə Şərifova,
KONKRET.az