Onlayn əmək müqaviləsi necə imzalanır? – İZAHbackend

Onlayn əmək müqaviləsi necə imzalanır? - İZAH

Əmək Məcəlləsinə edilən dəyişiklik əsasında artıq əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanır. Əmək müqaviləsi bildirişi isə ləğv olunub.

Tətbiq olunan yeniliklər barədə məlumatsız olanlar bildirirlər ki, işdə əmək müqaviləsi bağlamaq istədikləri zaman çətinliklərlə üzləşirlər.

Maraqlıdır vətəndaşlar onlayn əmək müqaviləsini necə imzalaya bilərlər?

KONKRET.az mövzu ilə bağlı araşdırmasını təqdim edir.

İlk olaraq işə götürən tərəf işçinin məlumatlarını Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) daxil edib elektron müqavilə sənədi formalaşdırmalıdır. Bundan sonra işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd olunur, beləliklə müqavilə sistem üzərindən işçiyə ötürülür.
Müqaviləni imzalamaq istəyən vətəndaş ƏMAS platformasında şəxsi kabinetinə daxil olmalıdır. Platformaya daxil olduqdan sonra “Onlayn əmək müqaviləsi” linkinə klikləməklə “Onlayn əmək müqaviləsi reyestri”nə, ardınca da “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid etməlidir. Növbəti addımda işçi öz kabinetində əmək müqaviləsi ilə tanış olaraq düzəliş olunması üçün geri göndərir və ya elektron imza (SİMA Rəqəmsal imza, ASAN imza, SİMA Token) ilə imzalayaraq qəbul edir. Sonda işəgötürən tərəfindən əmək müqaviləsi elektron imzalanaraq qanuni qüvvəyə minir.

Prosesi icra etməkdə çətinlik çəkənlər üçün Dövlət Əmək Müffətişliyi Xidməti tərəfindən videotəlimat hazırlanıb:


Aygün
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*