Onlayn xəritədə erməni adları düzəlməlidir – Osman Gündüzbackend

Onlayn xəritədə erməni adları düzəlməlidir - Osman Gündüz

Qlobal xəritələrdə işğaldan azad edilən rayonlar, ərazidəki digər coğrafi adlar hələ də Azərbaycan və erməni dillərində verilir. Ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin (Quql, Əpl, Yandeks, OpenStreetMap və s.) söykənəcəyi və istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib, koordinasiya məsələsi həll edilib.

KONKRET.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında yazıb.

“İnternet istifadəçilərinin coğrafi adların təhrif olunması, iki dildə yazılmasının qarşısının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunan dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı. Düşünürəm ki, işğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi, düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”, – Gündüz bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*