Operativ Qərargahın brifinqdə bu qərarlar AÇIQLANA BİLƏRbackend

Operativ Qərargahın brifinqdə bu qərarlar AÇIQLANA BİLƏR

Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

Bəs hansı qərarlar veriləcək?

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq.

Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.

Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək.

Həmçinin SMS icazə tətbiq olunacaq.

Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*