Oqtay Şirəliyevə peyvənd vuruldu – VİDEO – YENİLƏNİBbackend

Oqtay Şirəliyevə peyvənd vuruldu - VİDEO - YENİLƏNİB

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

KONKRET.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevə də vaksin vurulacaq./qafqazinfo/

***

10:27
Məlum olduğu kimi, bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır.

KONKRET.az xəbər verir ki, TƏBİB-dən modern.az-a bildirilib ki, COVİD-19 vaksini ilkin olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı və Səhiyyə naziri Oqtay Şirəliyevə vurulacaq.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*