Orban Ukraynanı Macarıstan ərazisində casusluqda ittiham etdibackend

Orban Ukraynanı Macarıstan ərazisində casusluqda ittiham etdi

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkəsinə qarşı casusluq fəaliyyəti aparmaqda, o cümlədən Macarıstan ərazisində kəşfiyyat əməliyyatları keçirməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, Orban bu fikirləri Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.

O bildirib ki, Kiyev Avropa İttifaqına üzvlük əldə etmək məqsədilə bu addımları atır və bu prosesdə Macarıstanın siyasi müxalifətindən istifadə edir.

Baş nazir qeyd edib ki, o, “Macarıstan dövləti tərəfindən aşkarlanmış ukraynalı agentlərin fəaliyyəti”ni əks etdirən videoyazılarla tanışdır. Onun sözlərinə görə, bu şəxslər Ukraynanın Aİ-yə qəbuluna dəstək üçün ictimai rəyə təsir göstərmək məqsədilə müxalifət partiyaları ilə əlaqə qurmağa çalışıblar.

“Onların bir çox hərəkətləri göstərir ki, məqsədləri macarları Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyə inandırmaqdır”, – deyə Orban bildirib.

O əlavə edib ki, ukraynalılar macar müxalifətini səfərbər etməyə çalışır və dezinformasiya kampaniyaları aparırlar:

“Bu da hazırda Macarıstanda keçirilən Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun etibarlılığına zərbə vurur”.

Baş nazir vurğulayıb: “Onların xüsusi xidmət orqanları Macarıstan ərazisində əməliyyat tədbirləri həyata keçirirlər ki, bizim maraqlarımıza zidd olaraq hökumətə istədikləri qərarı qəbul etdirməyə çalışsınlar”. Onun sözlərinə görə, Ukrayna bu məqsədlə böyük maliyyə vəsaitləri xərcləyir və “ciddi resursları” işə salmağa çalışır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*