Orbanı Zelenskinin ayağına gətirən səbəb – Macarıstanın rusiyapərəst baş naziri Kiyevə niyə gedir?backend

Orbanı Zelenskinin ayağına gətirən səbəb - Macarıstanın rusiyapərəst baş naziri Kiyevə niyə gedir?

Macarıstan lideri Viktor Orbanın çərşənbə axşamı Kiyevə gözlənilməz səfər edəcəyi gözlənilir.

KONKRET.az-ın məlumatına görə, belə bir iddia ilə Rusiyanın məşhur mk.ru saytı çıxış edib.

İddia olunur ki, Macarıstanın rusiyapərəst baş naziri ölkəsinin Aİ-yə sədrliyi başlayan gün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, iddianın doğru çıxacağı təqdirdə bu, Macarıstan baş nazirinin münaqişə başlayandan bəri Ukraynaya ilk səfəri olacaq.

Zelenskinin köməkçisi Mixail Podolyak Orbanın mümkün səfəri ilə bağlı şərh verməkdən imtina edib. Amma Kiyevdəki başqa bir mənbə bu planları təsdiqləyib: “Son anda nəsə dəyişməsə, Orban sabah burada olacaq”.

Budapeştdəki mənbə bildirib ki, səfər Ukraynanın ucqar qərbində yaşayan macardilli azlığının hüquqları ilə bağlı uzunmüddətli danışıqlardan sonra razılaşdırılıb.

Kiyevdəki mənbə deyib ki, Orbanın Kiyevə ikitərəfli əsasda, yoxsa Aİ nümayəndəsi kimi getməsi ilə bağlı qeyri-müəyyənlik var. “Aİ ilə Budapeştin maraqları arasında ziddiyyət olduğu aydındır”, – mənbə bildirib.

Orxan

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*