“Ortada yalnız vədlər var, real dəstək isə yoxdur” – Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMAbackend

“Ortada yalnız vədlər var, real dəstək isə yoxdur” – Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya ilə savaşda gücü və resursu tükənən Ukrayna özünə alternativ dəstək axtarır. Çünki müharibə uzandıqca işğalçı ilə mübarizə aparmaq da çətinləşir. Belə ki, Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak Kiyevin Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün müxtəlif ölkələrlə danışıqlar apardığını deyib.

Maraqlıdır, Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi hansı ölkə üzərində dayanmaq daha məqsədəuğundur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, təhlükəsizliyə təminatçı olaraq hansısa ölkənin seçilməsi  danışıqlar prosesindən asılı olan bir məsələdir: “Ukraynanın təcrübəsində təhlükəsizlik məsələləri ilə bağlı qara ləkələr təəssüf ki, çoxdur. Çünki nüvə silahından imtina edilməsinin müqabilində Ukraynaya ərazi bütövlüyünün təminatını verən dövlətlər mahiyyət etibarilə prinsipial addım atmadı. Onlardan biri Rusiya idi ki, Ukraynanın ərazilərini işğal etdi. Digərləri isə Böyük Britaniya və ABŞ idi ki, bu işğala seyirçi olaraq qaldılar. Ukraynanın ərazi bütövlüyü ilə bağlı Budapeşt memorandumu imzalanan zaman Fransa və Çin də Təhlükəsizlik Şurasının üzvləri kimi öz üzərinə öhdəlik götürmüşdü. Lakin bu öhdəliklərin heç biri yerinə yetirilmədi. Göründüyü kimi əsas məsələ praktik addımların atılmasıdır”.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Politoloq bildirib ki, təhlükəsizliklə bağlı zəmanət məsələsinin necə olacağı və hansı konteksdə imzalanacağı bəlli deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski daha konkret fikirlər söyləsəydi məsələyə birmənalı münasibət bildirmək olardı. İndiki şəraitdə Ukraynaya edilən yardımların miqyasına nəzər salsaq görərik ki, bu yardımlar təhlükəsizlik üçün heç bir zəmanət vermir. İndiyə qədər 3 milyard dollar həcmində yardım ayrılıb ki, onun da əhəmiyyətli hissəsi Ukraynaya çatmayıb. Ortada yalnız vədlər var, real dəstək isə yoxdur. Vaxtilə İkinci Dünya Müharibəsində ABŞ-ın SSRİ-yə etdiyi yardımların həcmi trilyon dollarla idi. Bu rəqəmlər Ukraynaya ayrılan yardımın həcmi ilə müqayisə edilə bilməz. Digər tərəfdən Türkiyənin qlobal proseslərdə aktiv rol oynaması sevindirici haldır. Lakin indiki şəraitdə bunun nə dərəcədə real olması sual altındadır. Əgər konkret olaraq birtərəfli qaydada öhdəliklərin götürülməsindən söhbət gedirsə təhülkəsizlik təminatının necə veriləcəyi vurğulanmalıdır. O zaman, İngiltərə, ABŞ, Türkiyə kimi ölkələr bu prosesdə iştirak edə bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*