Oskanyan: “Paşinyan Qarabağı tabutsuz dəfn edib”backend

Oskanyan: "Paşinyan Qarabağı tabutsuz dəfn edib"

Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyanın Facebook səhifəsində xalqa müraciəti ictimai rəyə hesablanıb və keçmiş xarici işlər naziri absurd fikirlər səsləndirir.

KONKRET.az xəbər verir ki, bir neçə ay əvvəl hakimiyyətdən xüsusi səlahiyət istəyən Oskanyana elə gəlirdi ki, Paşinyan ona etimad göstərsə, xarici siyasətdə istədiyini edəcək. Özünün Facebook səhifəsindən tribuna kimi istifadə edən Oskanyan yenə Azərbaycanı hədəfə alıb və ölkəmiz əleyhinə ittihamlar səsləndirib.

Paşinyanı siyasi dəli adlandıran keçmiş diplomat Qarabağın əldən getməsində hakimiyyəti günahlandırıb: “Siyasi çılğınlıqdan əziyyət çəkən Paşinyanın yarıtmaz siyasəti nəticəsində Qarabağı təhvil verdik. Bu, doğrudan da, siyasi və diplomatik məsələlərdə hakimiyyətin ağlı başında olmamasından irəli gəlir. İndi hakimiyyətdəkilər elədikləri səhvləri ört-basdır etmək üçün günahkar axtarır”.

Ermənistanın Rusiya ilə gərginləşən münasibətinə eyham vuran Oskanyan bildirib ki, məğlubiyyətdə səbəb və nəticə var. Onları analiz etmək lazımdır: “Ermənistanda hər kəs bilir ki, müharibənin başlamasına səbəb Paşinyanın məsuliyyətsiz bəyanatlarıdır. Qərbin müharibə zamanı bizi tək qoyması isə nəticədir. 5 il əvvəl hakimiyyətə gələndə Paşinyan sıfırdan başlayacağını deyirdi. O zaman aydın idi ki, Ermənistan müharibə astanasındadır. Baş nazir 9 noyabr sənədinin ruhundan kənara çıxıb başqa istiqamətlərə gedəndə də Rusiyanın bizə olan münasibətinin dəyişəcəyi bəlli idi.

Paşinyan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda da  aydın oldu ki, Qarabağ birdəfəlik itirildi. Paşinyan Ermənistanın Qarabağla heç bir əlaqəsinin olmamasını deyəndə də Qarabağın boşalacağı hamıya bəlli idi. İndi Ermənistan baş naziri  “məsələ birdəfəlik bağlanıb”, – deyir. Bununla da  Paşinyan Qarabağı tabutsuz dəfn etdi”, – deyə Oskanyan bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*