Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizləndibackend

Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizləndi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 3583,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*