Ötən həftə azad edilmiş ərazilərdə 171 mina aşkarlandıbackend

Ötən həftə azad edilmiş ərazilərdə 171 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr – 10 dekabr) məlumatında deyilir.

Məlumata görə, ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*