Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.