Almaniya ötən il 600-dən çox Ermənistan vətəndaşının yaşamaq icazəsini ləğv edərək ölkələrinə deportasiya edib.
KONKRET.az bildirir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2020-ci il ərzində 804 Ermənistan vətəndaşı oğurluq faktına görə saxlanılaraq məsuliyyətə cəlb olunub: “Onların əkəriyyəti konkret şikayət əsasında saxlanılıb. Saxlanılan şəxslərin 70 %-i ticarət obyektlərindən qiymətli əşyaları oğurlamaqda ittiham olunublar”.
Nazirlikdən bildirilib ki, ötən il Almaniyada ticrət mərkəzlərindən oğurluq edən 205 223 şəxs saxlanılıb. Onların 119 834-ü Almaniyanın, 85 389-u isə xarici ölkələrin vətəndaşlarıdır.