Ötən il icbari tibbi sığortaya ən çox hansı xəstəliklərlə bağlı müraciət olunduğu açıqlandıbackend

Ötən il icbari tibbi sığortaya ən çox hansı xəstəliklərlə bağlı müraciət olunduğu açıqlandı

“2021-ci ildə 4 053 636 nəfər icbari tibbi sığortadan istifadə edib. Ümumilikdə isə 10 milyon 348 min 289 nəfər icbari sığortaya müraciət edib”.

KONKRET.az-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2021-ci ildə 27 özəl tibb müəssisəsi ilə müqavilə olub.

Z.Əliyev bildirib ki, ən çox müraciət edilən xəstəliklər bunlardır: “Ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sistemi xəstəlikləri, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*