“Mənim burda nə günahım, əgər siz özünüz müharibənin bütün 44 gününü aldanmaq istəyirdinizsə?”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” yazır.
“Belə görünürdü ki, 44 günlük müharibədən sonra Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Arsrun Ovannisyanın adı təhqir hesab olunacaq və bunu deyən hər kəs çox inciyəcək. Amma bu adam ayıbın nə olduğunu bilmir və heç nə olmamış kimi davranmağa qərar verib.
O, bu gün paylaşım edib və həmin yazıya verilən şərhlərdən birinə oxşar cavab verib:
“Mais Vanoyan, əgər sən özünü 44 gün ərzində aldadılmış hesab edirsənsə, bu, yalnız ondan xəbər verir ki, sən bunu belə istəyirsən. Aldanmaq və ya belə davranmaq faydalıdır. Aldadılacaq, aldanacaq bir şey yoxdur. Mən dəfələrlə o məsələyə istinad etmişəm, indi bura yazmağa ehtiyac olmayacaq”.
Düzünü desəm, cəmiyyətimizin bu yalançıya necə dözdüyünü başa düşə bilmirəm. Amma indi sual başqadır. Bu məxluq ordunun vəzifələrinə necə müdaxilə imkanı əldə edir? Və ya hərbi qulluqçuların və əlillərin adından ianə verməyə kim icazə verir? Bu bədxassəli şiş nə vaxt ömrümüzdən əbədi çıxacaq və hamımızın gözündən uzaq, dünyanın bir küncündə öz acınacaqlı həyatını yaşayacaq?”, – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az