Müğənni Elnur Məmmədov övladları İnam və Məhəmməddən söz açıb.
KONKRET.az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.
“Oğlum İnam mənə, Məhəmməd isə anasına, həyat yoldaşıma bənzəyir. Özümə söz vermişəm oğullarımdan birini 3-cü, digərini isə 5-ci sinifdə evləndirəcəyəm ki, vaxtında onların uşaqlarını yəni nəvələrimi görə bilim (gülür). Təbii ki, bunlar zarafatdır. Sinif yoldaşım o gün mənə deyir ki, indi bir proqram çıxıb, indiki vaxtımızla uşaqlıq illərimizi şəkillərlə montaj edib, görüşdürürlər. Elə bil ki, həmin proqramla kiçik Elnuru (oğlu İnamı nəzərdə tutur – red.) indi ki Elnurun görüşməsi olub. Amma həqiqətəndə çox bənzərlik var. Hər zaman deyirəm ki, övladlarım sağlam olsun”, – deyə Elnur vurğulayıb.
E.Məmmədov bildirib ki, onun toyunda 300-dən artıq çağırmadığı tanınmışlar iştirak edib:
“Toyuma çağırmadığım 300 nəfər tanınmış şəxsiyyətlər gəlmişdi. Biri var adi insanlar, biri də var ki, yüksək tanınmış insanlar. Toyuma 300-dən artıq çağırılmayan insan gəlmişdi. Təsəvvür edin, çağrılan qonaqlar gəlib ayaq üstə qalmışdı, çağırılmayan qonaqlar isə əyləşmişdirlər. Sonradan toyumda çox sayda masa açmaq məcburiyyətində qaldıq”.