Türkiyədə övladlarını qurtarmağa çalışan ana özü ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Kocaeli şəhəri Başiskele qəsəbəsindəki meşəlik ərazidə baş verib.
Ərindən boşandığı məlum olan 37 yaşlı Reyhan Karabudak övladları – 14 yaşlı Kerem Y. və 17 yaşlı Ali Sami ilə meşədə gəzintiyə çıxıb. Bu zaman Kerem müvazinətini itirərək dərəyə yıxılaraq, suya düşüb. Əvvəlcə Ali Sami qardaşını, sonra isə ana Karabudak da oğullarını xilas etmək üçün özlərini dərəyə atıblar.
Özbaşına sudan çıxan Kerem insanları köməyə çağırıb. Hadisə yerinə gələn xilasedicilər 1.5 saat sonra Ali Samini sudan çıxararaq, xəstəxanaya yerləşdiriblər. Lakin ana Reyhan Karabudakın meyiti tapılıb və onun cəsədi aidiyyəti üzrə təhvil verilib.
Mərhum Karamürsel qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.