Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaqbackend

Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq

Türkiyəli məşhur aktyor Ozan Akbaba “Ben Bu Cihana Sığmazam” serialında çəkiləcək.

KONKRET. az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor layihədə azərbaycanlı iş adamı olan “Qardaşov” rolunu canlandıracaq. “Qardaşov” Oktay Kaynarcanın serialda oynadığı əsas qəhraman obrazına (Əlcazairli türkə) köməyə gələcək.

Xatırladaq ki, Oktay Kaynarca ilə Ozan Akbaba bundan öncə “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialında “Hızır Çakırbəyli” və “İlyas Çakırbəyli” qardaşları rollarını canlandırıblar.

Qeyd edək ki, aktyor televiziya verlişlərinin birində azərbaycanla bağlı etiraf edib. Akbaba azərbaycanlı olduğunu deyib. O, ata-babalarının Qərbi Azərbaycanın Ağbaba mahalında yaşadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*