Rusiyada miqrantlara hücum – Bu ölkə Moskvaya nota göndərdibackend

Rusiyada miqrantlara hücum - Bu ölkə Moskvaya nota göndərdi

Özbəkistanın Vladivostokdakı baş konsulu Yusup Kabuljanov şəhərdə özbəklərə qarşı baş verən xuliqanlıq aktlarından sonra Rusiya hakimiyyətinə tədbir görülməsi üçün müraciət edib.

KONKRET.az xəbər verir ki, Özbəkistan ekoloji nazirinin müşaviri, parlamentin keçmiş deputatı Rasul Kuşerbayev əvvəlcə məlumat verib ki, Vladivostokda bir qrup gənc rusiyalı əmək miqrantlarına hücum edib və onları təhqir edib. Kabuljanov bildirib:
“Vətəndaşlarımız adından Vladivostok şəhər Daxili İşlər İdarəsinə rəsmi müraciət təqdim edilib, həmçinin Rusiya XİN-in Vladivostok nümayəndəliyinə və Primorsk diyarının prokurorluğuna müvafiq tədbirlərin görülməsi ilə bağlı notalar göndərilib”.

Primorsk diyarı hökumətinin mətbuat xidməti isə TASS-a açıqlamasında bildirib ki, hücumda şübhəli bilinən şəxslərin bir qismi artıq saxlanılıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*