Özbəkistanda yanacaqdoldurma məntəqəsində partlayış – VİDEObackend

Özbəkistanda yanacaqdoldurma məntəqəsində partlayış - VİDEO

Özbəkistanda qaz yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

KONKRET.az Özbəkistanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin Səmərqənd vilayətində “Tumanqaz” məntəqəsində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 3 avtomobil və 50 litr həcmində sıxılmış qaz balonlarına zərər dəyib.

İnsidentə səbəb texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*