Özünü ginekoloq kimi təqdim erməni kişi görün qadını nə etdibackend

Özünü ginekoloq kimi təqdim erməni kişi GÖRÜN QADINI NƏ ETDİ

Rusiyada xoşagəlməz vəziyyətə düşən bir rus qadın fırıldağın qurbanı olub. O, nəinki rüsvay olub, üstəlik şantaj üzündən olmazın qorxu yaşayıb.

KONKRET.az mk.ru-ya istinadla xəbər verir ki, qadın sosial şəbəkədə karantin üzündən ginekoloqa gedə bilmədiyindən şikayət edib. Ondan sonra Karapetyan adlı özünü bu sahəyə aid böyük təcrübəyə malik həkim kimi təqdim edən şəxs peyda olub və qadını internetdə veb kameradan istifadə etməklə virtual yoxlamaya dəvət edib.

REN-TV-nin məlumatına görə, seans başlayanda “həkim” xəstəni veb-kamera qarşısında stulda oturmağa dəvət edib.
“Seans qırx dəqiqə çəkdi. Karapetyana bütün rakurslarda “baxış keçirdi” ki, guya hər şey ona daha yaxşı görünsün – nə necə, harada…” – zərərçəkən daha sonra bu yalançı yoxlamanın necə getdiyini danışarkən deyib.
Nəticədə, indi yalançı erməni ginekoloq qadından 200 min rubl tələb edir və əks halda videonu internetdə yayacağı ilə hədələyir.
Qadın bu dələduzluğun ilk qurbanı olmadığına inanır, çünki “həkim” olduqca əmin hərəkət edirmiş və elmi terminlərlə danışırmış.
Hələ ki fırıldaqçının izinə düşmək mümkün olmayıb.
Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*