Pablo Eskobarın daha bir adamı uzun illərdən sonra həbs edildibackend

Pablo Eskobarın daha bir adamı uzun illərdən sonra həbs edildi

İspaniya Milli Polisi Pablo Eskobarın başçılıq etdiyi “Medell”in narkotik kartelinin əsas liderlərindən birinin Kolumbiyada həbsinə kömək edib. Kartel 1980-ci illərdə ABŞ-a kokain qaçaqmalçılığının 80%-nə cavabdeh olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya polisinin press-relizində bildirilib.

“Milli Polisin agentləri Kolumbiya Milli Polisinin Polis Kəşfiyyat İdarəsi ilə birgə əməliyyat nəticəsində Medellin kartelinin əsas liderlərindən birini aşkar edərək həbs ediblər”, – İspaniya polisi bildirib.

Saxlanılan şəxs kartelin Avropadakı işinə cavabdeh olub. İspaniya narkotik alveri və cinayət təşkilatına üzv olmaq ittihamı ilə onun həbsinə order verib. Cinayətkar dəbdəbəli villasında saxlanılıb.

Qeyd edək ki, Pablo Eskobar 1993-cü ildə öldürüldükdən sonra kartel fəaliyyətini dayandırmışdı. İspaniya polisi dəqiqləşdirib ki, saxlanılan şəxs 1980-1990-cı illərdə “Medell”in narkotik kartelinin liderlərindən biri ilə əməkdaşlıq edib.

İlkanə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*