Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verdibackend

Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verdi

Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bank “Aqua Med” və “Meri-Dian” MMC-ləri barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Pakistan Milli Bankının Bakı filialı kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır. Filialın rəhbəri Pakistan vətəndaşı Şeyx Əhtsəm Əhməddir.

Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*