Pakistanın Kəraçi şəhərində altımərtəbəli yaşayış binası çöküb. Yerli KİV-lərin məlumatına görə, hadisə nəticəsində azı 16 nəfər həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə zamanı binada olan bir neçə nəfərin – ilkin ehtimallara görə, səkkiz nəfərin hələ də dağıntılar altında qaldığı güman edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Lakin dar küçələr və sıx məhəllə şəraiti ağır texnikanın işini çətinləşdirir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Natiq Səlim,
KONKRET.az