Pakistanda İmran Xan tərəfdarları etiraz aksiyası keçiribbackend

Pakistanda İmran Xan tərəfdarları etiraz aksiyası keçirib

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları bazar ertəsi ölkənin cənub-qərbində saxta hesab etdikləri parlament seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyaları keçiriblər.

KONKRET.az xəbər verir ki, minlərlə insan Pakistanın cənub-qərb bölgələsindəki ən böyük magistral yollara çıxıb, nəqliyyat vasitələrinin keçidinə mane olub. Agentliyin məlumatına görə, Xanın tərəfdarlarının etirazlarına Pakistandakı digər siyasi partiyaların üzvləri də qoşulub.

Xatırladaq ki, ötən həftə Pakistanda parlament seçkiləri keçirilib.

İmran Xanın partiyası ilə əlaqəli olan müstəqil namizədlər seçkilərin nəticələrinə görə parlamentin aşağı palatası olan Milli Assambleyada 266 yerdən 101-ni qazanıblar. İkinci yerdə 75 mandatla keçmiş baş nazir Nəvaz Şərifin partiyası olan Pakistan Müsəlman Liqası qərarlaşıb. Mərkəz solçu Bilaval Bhutto Zərdari Pakistan Xalq Partiyası 54 mandatla üçüncü yerdədir.

Seçkilərdən bir müddət əvvəl İmran Xan korrupsiya və dövlət sirrini açıqlamaqda təqsirli bilinib. Birinci halda ona 10 il, ikinci halda 14 il həbs cəzası verilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*