Pakistanın paytaxtı İslamabadın cənub-qərbində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 polis ölüb, 4-ü polis olmaqla 6 nəfər yaralanıb.
Məlumata görə, polis şübhəli taksini yoxlamaq istəyərkən partlayış baş verib. Avtomobili idarə edən kamikadze partlayıcı qurğunu polis yaxınlaşan zaman işə salıb.
Qeyd olunub ki, hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
İqbal Rzayev,
KONKRET.az