Pakistanla sərhəddə qarşıdurma – İran ordusu itki verdibackend

Pakistanla sərhəddə qarşıdurma – İran ordusu itki verdi

İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində naməlum silahlı dəstə üzvlərinin hücumunda SEPAH üç hərbçisini itirib.

KONKRET.az xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının “Qüds” qərargahından açıqlama verilib.

Məlumata görə, iranlı hərbçilər bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb. Hücumda 3 hərbçi həlak olub, 1-i yaralanıb. Atışma nəticəsində silahlılardan ikisi öldürülüb.

Hücumu həyata keçirənləri tutmaq üçün bölgədə axtarış əməliyyatına başlanılıb..

Qeyd edək ki, fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurma zamanı öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*