Paltaryuyana cəmi üç damla əlavə edin: Gödəkçəniz ilk günkü kimi olacaqbackend

Paltaryuyana cəmi üç damla əlavə edin: Gödəkçəniz ilk günkü kimi olacaq

Qış aylarının sevimlisi olan qaz tüklü gödəkçələr yüngül, isti və olduqca rahatdır. Lakin düzgün qulluq edilmədikdə onların həcmi azalır, xoşagəlməz qoxu yaranır və istilik saxlaması zəifləyir. Mütəxəssislərin sözlərinə görə, bütün bu problemlərin sadə həlli evdə olan təbii bir məhsulda gizlidir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, qaz tüklü gödəkçələrin formasını qoruması üçün tük qatlarının arasında hava qalmalıdır. Paltaryuyanda yuyularkən tük sıxıldıqda həm istilik izolyasiyası zəifləyir, həm də ağır nəm qoxusu yaranır. Bu zaman köməyə çay ağacı yağı (tea tree oil) gəlir.

Çay ağacı yağı güclü antibakterial və antifungal xüsusiyyətlərə malikdir:

  • Nəm və qoxunu aradan qaldırır
  • Bakteriya və kif yaranmasının qarşısını alır
  • Paltara təravət verir və ömrünü uzadır
  • Qaz tüklü material və digər həssas parçalar üçün təhlükəsizdir

Qaz tüklü gödəkçənizi yuyarkən etməli olduğunuz tək şey – yuyucu toz gözü­nə 3-5 damla çay ağacı yağı əlavə etməkdir. İstəsəniz, yağı az miqdarda maye yuyucu vasitə ilə qarışdıra bilərsiniz. Uzun müddət istifadə olunmamış gödəkçələrdə əlavə təravət vermək üçün bir xörək qaşığı soda (karbonat) da əlavə etmək mümkündür.

Gödəkçənin üzərindəki yuma təlimatını mütləq yoxlayın – bəzi modellər yalnız quru təmizləmə tələb edir.

Gödəkçəni tərs üzünə çevirin və bütün düymə, zamok və bağları bağlayın.

Paltaryuyanı həssas proqram, maksimum 30°C temperatur və 600-800 rpm sürətdə işə salın.

Barabanın içinə üç ədəd təmiz tennis topu qoyun – bu toplar tükün topaqlanmasının qarşısını alaraq həcmini qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*