Pan-Afrika Alyansı: İqlim öhdəliklərini yerinə yetirmək üçün maliyyə hədəfinin müəyyən edilməsi zəruridirbackend

Pan-Afrika Alyansı: İqlim öhdəliklərini yerinə yetirmək üçün maliyyə hədəfinin müəyyən edilməsi zəruridir

Bakıda keçirilən COP29-dan Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, ölçülə bilən maliyyə hədəfinin müəyyən edilməsidir.

KONKRET.az xəbər verir ki, bunu İqlim Ədaləti üzrə Pan-Afrika Alyansının nümayəndəsi Çarlz Piter Mvanqi Nyambura deyib. Onun sözlərinə görə, yeni maliyyə hədəfinə diqqətin yönəldilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələrini yaşaması ilə bağlıdır: “Bu ağır nəticələr insan tələfatına və dolanışıq vasitələrinin itirilməsinə səbəb olur. Qitədə uyğunlaşmaya böyük ehtiyac var, buna görə də hökumətlərimiz ÜDM-in maliyyələşdirilməsinə uyğunlaşma tədbirlərinin 5-9%-ni xərclədiyi üçün biz yeni resurslar ayrılmasını xahiş edirik. İnkişaf proqramlarımızı həyata keçirmək üçün xüsusilə xarici resurslar, o cümlədən milli səviyyədə müəyyən edilmiş töhfələr tələb olunur”. Alyans nümayəndəsi bildirib ki,  Afrika qitəsində Milli Müəyyən Edilmiş Töhfələrin  həyata keçirilməsi üçün 3 trilyon ABŞ dolları tələb olunur: “Öz vəsaitimiz kifayət etmədiyi üçün bu kənar mənbələrə ümid edirik.  Beləliklə, Afrika yeni kollektiv maliyyə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Hədəflərimizə çatmaq üçün bura gəlmişik. Biz bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*