Papa Françis ənənəvi bazar xütbəsi zamanı bir çox insanın Miladın əsl mənasını unutduğunu və istehlak məntiqinə tabe olduğunu deyib. “Hədiyyə, alış-veriş, gəzinti – bunlar əsl Miladımızı oğurlayıb. Bethlehemdə (Məsihin doğulduğu yer) yoxsulluq və çox sevgi var idi… İndi isə…”
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir ki, “Papa moizəsində camaatı “tətilin əsl ruhuna” qayıtmağa çağırıb. COVID-19 pandemiyası dövründə həqiqətən ehtiyacı olanlara kömək etmək lazımdır”.
Xatırladaq ki, bir müddət əvvəl Françis pandemiya ilə əlaqədar məhdudiyyətlərin Milad bayramını “daha dini” qeyd etməsinə imkan verəcəyini söyləmişdi.
KONKRET.az