“Sadəcə olaraq parazit adlandırmaq olar, amma bu, onlar üçün tərif olardı”.
KONKRET.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan sosial şəbəkə hesabında yazıb.
“Polşa Prezidenti uşaqları prezident sarayına dəvət edərək Varşavada ölkəsinin milli komandasının Argentina yığması ilə oyununa baxıb. Ermənistan parlamentinin sədri Alen Simonyan isə xarici ölkələrin futbol komandalarının oyununu izləmək üçün Qətərə gedib.
Bunları sadəcə olaraq parazit adlandırmaq olar, amma bu, bu qədər insanın həyatına son qoyan, vətənini, millətini viran qoyan bəlalara tərif olardı.
Əgər dövlət hesabına həkimlərin ayrılması zərurəti yaranarsa, bu, ancaq məhkəmə-tibb eksperti olmalıdır. Onların cəzası çox gecikməməlidir”, – deyə Qazaryan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az