Paris 2024 artıq tarix yazdı! – Olimpiya oyunları tarixin ən çox bilet qazanan oyunları olubbackend

Paris 2024 artıq tarix yazdı! - Olimpiya oyunları tarixin ən çox bilet qazanan oyunları olub

Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya oyunları tarixin ən çox biletli olimpiadası olub.

KONKRET.az xəbər verir ki, oyunlara verilən 10 milyon biletin 9 milyondan çoxu satılıb. Ən bahalı bilet 2 min 700 avroya satıldığı halda, bu biletin yemək paketi 3 min 850 avroya satılıb.

Bilet qiymətləri; Qiymətlər 90, 250, 500, 900, 1600 və 2 min 700 avro olaraq təyin edilib.

Qeyd edək ki, 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən oyunlara 8,3 milyon bilet satıldığı halda, bu rekord 28 il sonra Parisdə yenilənib.

Parisdə 900, 1600 və 2 min 700 avro qiymətlərlə satılan biletlər tükənmək üzrədir.

Bilet qiymətlərinin 3 min 850 avroya qədər qalxdığı Paris 2024 Olimpiadasında Sena çayına baxan ev sahibləri də bu vəziyyəti maliyyə fürsətinə çevirmək istəyirlər.

Açılış mərasimi üçün evlərini kirayə vermək istəyən ev sahibləri 26 iyul üçün 20 min avrodan çox kirayə haqqı təyin ediblər.

Olimpiya tarixində ilk dəfə açılış mərasimi şəhərdə keçiriləcək və ictimaiyyətə açıq olacaq. Açılış mərasimini bilet alaraq izləmək istəyənlər üçün tribuna qurulacaq. İctimaiyyət üçüsə açıq bölmələr olacaq.

Konvoylar Sena çayı üzərində 6,5 kilometrlik xətt boyunca qayıqla açılış mərasimində iştirak edəcəklər. Mərasim Trokadero meydanında başa çatacaq.

Olimpiadanın vətəni kimi tanınan Yunanıstan qrupda birinci olacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*