Ermənistan sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Avropadakı bəzi güclər, xüsusilə Fransa bu məsələdə Ermənistana dəstək verir”.
KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında siyasi analitik, professor Sabir Məmmədli deyib.
O bildirib ki, Ermənistanda siyasi oyunçuların çoxluğu bu ölkənin cəmiyyətində gərginlik yaradır: “Bu, orduya da siraət edir. Düşünürəm ki, təxribatlar birbaşa sülh prosesinə qarşı yönəlib. İkincisi, ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə rahat hərəkət etməsi də qarşı tərəfi narahat edir, qıcıqlandırır. Üçüncüsü isə Ermənistanın təxribatları həm də Rusiyaya etiraz cəhdidir”.
Analitik qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər sərrast addımlar atır: “Ermənistan təxribatlarını davam etdirərsə, genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, Ermənistan-Azərbaycan müharibəsi olacaq. Qarşı tərəf bizi savaşa məcbur edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ də anklavlar məsələsi həll olunmayıb. Həmin anklavlar tarixi Azərbaycan torpaqlarıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etsə də, hələ anklavları qaytarmır. Sözügedən məqam vəziyyəti daha da qəlizləşdirir. Ermənistan indi sadəcə olaraq eyforiyadadır. Qarşı tərəf başa düşməlidir ki, sabotaj cəhdlərinin sonunda genişmiqyaslı müharibənin başlama ehtimalı onlar üçün yaxşı nəsə vəd etmir”.
