Xaçmaz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olub.
DİN-dən KONKRET.az–a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini M.Musayev müəyyən edilərək saxlanılmışdır.
Fakt araşdırılır.