NASA-nın Parker Solar Probe cihazı saatda 635.266 kilometr sürətlə insan tərəfindən inşa edilən ən sürətli obyekt oldu.
KONKRET.az xəbər verir ki, 2025-ci ildə zond saatda təxminən 692 min kilometr sürətə çatacaq. Bu sürət İstanbuldan Avstraliyaya təxminən bir dəqiqəyə çatmağa kifayət edir.
Günəşin xarici təbəqəsini müşahidə edən cihaz NASA-nın indiyə qədər insan tərəfindən yaradılan ən sürətli cihaz rekordunu qırıb. 2018-ci ildə istifadəyə verildikdən sonra ikinci dəfədir ki, cisim bu sürətə çatır. Bu, səs sürətindən təxminən 500 dəfə daha sürətlidir. 2025-ci ildə onun maksimal sürətinin təxminən 692 min km/saat olacağı gözlənilir.
Bu inanılmaz nəticənin əsas mahiyyəti odur ki, cisim Venera planetinin cazibə qüvvəsindən də istifadə edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az