“Parkovşiklər” gün ərzində yığdıqları külli miqdarda pulu kiminlə bölüşürlər?backend

"Parkovşiklər" gün ərzində yığdıqları külli miqdarda pulu kiminlə bölüşürlər?

Əvəz Rüstəmov, jurnalist

Bakıda “parkovka”. Yol-nəqliyyat nişanı ilə dayanma-durmanın qadağan edildiyi yerlər var. Konkret.az tanınmış jurnalist Əvəz Rüstəmovun facebook statusunu təqdim edir:

– Məlumdur ki, həmin yerlərdə saxlamaq olmaz. Görürsən bir əyrimçə dayanıb deyir, narahat olma müəllim, mənlikdir. Həqiqətən də onluq olur ha. Adam dediyini edir.

Bir də baxırsan ki, heç bir nişan yoxdur, amma yenə də bir əyrimçə dayanıb pul yığır.

Bakının Dağüstü park tərəfdəki çıxışı. Teleteatrın yanı ilə Bayıl tərəfə düşən yol. Yəni həm də şəhərin çıxışlarından biri. Diqqət eləmişəm, axşam vaxtı oradan keçmək mümkün deyil. Mütləq qarşı tərəfdəki yola çıxmalısan. Yəni mütləq qayda pozmalısan. Niyə? Çünki pilləkanların qarşısı maşınla doludur. Yenə də bir və ya bir neçə əyrimçə pul yığır. Hər tərəf də kamera.

Bayraq meydanından düz Dəniz vağzalınadək olan ərazi. Yenə də qeyri-qanuni parklanma. Özü də o yola əsasən eşitmə və danışma qüsuru olan şəxsləri – lalları düzüblər. Saxladınsa 1 manat. Dediyi dedikdir.

Nəticə budur – Bakıda pulsuz dayanacaq ümumiyyətlə yoxdur. Və mümkün deyil ki, həmin “parkovşiklər” gün ərzində yığdıqları o boyda pulun hamısını özlərinə götürsünlər. Qətiyyən mümkün deyil. Demək ki, bütün bunları tənzimləyən, yəni “tənzimləyən” kimsə, yaxud kimlərsə var. “Maşındır saxlayıb, qanunsuz deyil, sən niyə burda dayanıb pul yığırsan”, “maşındır, burda saxlamamalıdır, sən nə üçün dayanıb pul yığırsan” deməli olan, lakin deməyən kimsə və ya kimlərsə yenə də var. Başqa heç nə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*