Partlayış kinostudiyasının anbarında baş veribmiş – Mədəniyyət Nazirliyibackend

Partlayış kinostudiyasının anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi kinostudiyanın ərazisində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən KONKRET.az-a verilən məlumatda bildirilib ki, partlayış Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda qeydə alınıb.

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir.

Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub. Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*